Almaniyanın "Şalke" klubunun ikinci komandasında çıxış edən azərbaycanlı futbolçu Rüfət Dadaşovun burnu sınıb.

Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hücumçu bu səbəbdən meydana qoruyucu maska ilə çıxır.

Qərb Regional Liqasının 19-cu turunda "Köln"ün U-23 komandası ilə görüşdə (5:0) qol vuran 31 yaşlı oyunçu maska ilə oynamağın çətin olduğunu vurğulayıb:

"Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Yeni ildən maskasız oynaya biləcəyimə ümid edirəm".