"Tottenhem" klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Marsel"lə görüşdə (2:1) zədələnən futbolçusu Son Hın-Minin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçunun əməliyyat olunacağı bildirilib. Lakin Cənubi koreyalı futbolçunun DÇ-2022-yədək zədəsini sağaldacağı gözlənilir.
Qeyd edək ki, Cənubi Koreya yığması DÇ-2022-də H qrupunda Qana, Portuqaliya və Uruqvayla mübarizə aparacaq.