Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfədə “Vuppertaler”lə üz-üzə gəlib. 31 yaşlı oyunçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Şalke”nin ikinci komandası 11 turdan sonra 19 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.