Almaniyanın Qərb Regional Liqasında 7-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Şalke"nin ikinci komandası da növbəti görüşünə çıxıb.
Klub səfərdə "Oberhauzen"lə qarşılaşıb. Görüş “Şalke-2”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyuna start heyətdə başlayan azərbaycanlı hücumçu sona qədər meydanda olub.
Qeyd edək ki, "Şalke-2" 7 turdan sonra 10 xalla 18 komanda arasında 8-ci pillədə yer alıb.