"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" ilk təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə qarşılaşacaq.

Tərəflər arasındakı ilk görüş səfərdə olacaq.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab göürşləri isə oktyabrın 5-də keçiriləcək.