Almaniyanın Qərb Regional Liqasında 6-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası öz meydanında “Kaan-Marienborn”la üz-üzə gəlib. Oyun 1:2 hesabıyla meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb.

 Millimizin sabiq üzvü bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Şalke -2" hazırda 7 xalla 18 kollektiv arasında 10-cu pillədə yer alıb.