Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası səfərdə “Fortuna”nın (Köln) qonağı olub. Oyun başladığı kimi də başa çatıb - 0:0.
Millimizin sabiq üzvü bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Rüfət 80-ci dəqiqədə isə sarı vərəqə alıb.
Qeyd edək ki, “Şalke 2" 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.