Almaniya 3-cü liqasında 4-cü turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vehen”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.

Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Ersgebirge” 4 turdan sonra 2 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.