"Qarabağ"ın sabiq futbolçusu Vild-Donald Gerye karyerasını Kiprin "Olimpiakos Nikosiya" klubunda davam etdirəcək.

Bunu Offsideplus.az-a açıqlamasında 33 yaşlı futbolçunun özü deyib. Haitili oyunçu Kipr təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Gerye ölkəmizdə "Qarabağ" (2017-2019, 2020-2021) və "Neftçi" (2019-2020) kimi klublarda çıxış edib. Futbolçunun son ünvanı Polşa "Krakov"u olub.

Günay Xəlil