“Barselona” klubu yarımmüdafiəçisi Riki Puç ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu ABŞ-ın “Los Anceles Qalaksi” komandasına keçib.

MLS təmsilçisi onu Kataloniya klubundan azad agent kimi transfer edib.

Bildirək ki, Riki Puç “Barselona”nın öz yetirməsidir. O, 2018-ci ildən klubun əsas komandasında forma geyinirdi.