"Monako" klubundan ayrılan Sesk Fabreqasın yeni ünvanı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını İtaliya B seriyası təmsilçisi "Komo"da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı oyunçu ilə 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Fabreqas ötən mövsüm Fransa Liqa 1-də cəmi 2 oyuna çıxıb.