"Tottenhem"in və Belçika millisinin sabiq futbolçusu Tobi Alderveyreld karyerasını öz ölkəsində davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Antverpen" komandası 33 yaşlı mərkəz müdafiəçisini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika təmsilçisi onunla 3 illik sözləşmə imzalayıb.
Tobi 2009-cu ildən çağrıldığı millidə isə 121 matç keçirib.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində "Ayaks", "Atletiko" (Madrid) kimi komandalarda oynayıb. Son olaraq Qətərin "Əl Duhail" klubunda çıxış edən müdafiəçi burada 29 oyunda meydanda olub.