"Beşiktaş"dan ayrılan braziliyalı futbolçu Aleks Teyşeyra öz ölkəsində çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Vasko da Qama" ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözləşmənin müddəti haqda isə açıqlama verilməyib. Braziliyalı futbolçu peşəkar karyerasına məhz bu komandada başlayıb. O, sabiq klubunda 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Aleks Teyşeyra bir müddət əvvəl İstanbul təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmişdi. Geridə qalan mövsümdə bütün turnirlərdə 31 matça çıxan braziliyalı 4 qol və 1 assistlə yadda qalıb