“Başakşəhər”in futbolçusu Ahmed Kutucu yenidən Almaniyada oynayacaq.
Offsideplus.az xəbər verir ki, türkiyəli hücumçu “Sandhauzen”lə anlaşıb. 2-ci Bundesliqa təmsilçisi Kutucunun 2022/2023 mövsümünü komandada icarə əsasında keçirəcəyini açıqlayıb.
Türkiyə millisinin üzvü olan 22 yaşlı futbolçu “Şalke”nin yetirməsidir.