17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Komandanın hazırlığı barədə məlumat almaq üçün yığmanın baş məşqçisi Zamir Həsənovla əlaqə saxladıq.
Mütəxəssis komandanın hazırlığı haqda Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bu ayın 19-dan AFFA-nın Mərdəkandakı təlim-məşq bazasında hazırlıq keçirik. İnşallah, iyunun 27-nə kimi davam edəcək. 23-ü və 26-sı U-19-la hazırlıq oyunları keçirməyi planlayırıq. Bu toplanış seleksiya xarakterlidir. Komandanı Latviyada keçiriləcək seçmə mərhələyə hazırlayırıq. Oyun təcrübəsi baxımından əziyyət çəkirik, buna görə də tez-tez təlim-məşq toplanışı etməyə çalışırıq".
Cavid Əliyev