Uruqvay millisinin kapitanı Dieqo Qodin Braziliyanın “Atletiko Mineyro” klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə özü məlumat yayıb. O, klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Qeyd edək ki, Dieqo Qodin bu ilin yanvar ayından Braziliya klubunda çıxış edirdi.