"Çox istəyərdim ki, karyeramı "Qarabağ"da bitirim".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Ağdam klubunun sabiq futbolçusu və hazırda Yunanıstanın "Etnikos" klubunda çıxış edən Çumbinyo deyib.
O, ölkəmiz üçün darıxdığını bildirib:
"Azərbaycanı çox sevirəm. Darıxdığımı da deyə bilərəm. Sizin ölkənizdə və Yunanıstanda çıxış etmək şansı əldə etdiyim üçün çox xoşbəxtəm. Ümid edirəm ki, yenidən Azərbayacan qayıdacam".
Braziliyalı yarımmüdafiəçi Ağdam klubunda yenidən oynamaq istədiyini deyib:
"35 yaşım olsa da, əla formadayam. Yenidən "Qarabağ"da oynamaq istəyirəm. Çox istəyərdim ki, Qurban Qurbanov yenidən mənə oynamaq şansı versin. Qurban müəllim əla insandır. Onun rəhbərliyi altında oynadığım üçün çox xoşbəxtəm".
Təcrübəli futbolçu "Qarabağ"ı çempionluq münasibətilə də təbrik edib:
"Qarabağ" möhtəşəm komandadır. Yenidən çempion olması münasibətilə təbrik edirəm. Şanslıyam ki, o formanı geyinmişəm".
Xatırladaq ki, Çumbinyo 2013-cü ildən 2016-nın yanvarına kimi "köhlən atlar"da çıxış edib.
Cavid Əliyev