"Hislərimi sözlə ifadə etmək mümkün deyil".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Yunanıstanın "Panatinaikos" klubunun heyətində çempionluq yaşaması barədə danışarkən deyib.
O, fikirlərinə belə davam edib:
"Çox şadam ki, 11 il sonra çempionluq və ölkə kubokunu qazandıq. Biz yeni tarix yazdıq. Çox xoşbəxtik. Mən Yunanıstanda olan azarkeşləri heç yerdə görməmişəm. "Panatinaikos" fanatları hər zaman bizə dəstək oldular. Onlar mövsüm ərzində inanılmaz idi".
Stepanenko "Panatinaikos"da qalıb-qalmaması barədə də fikir bildirib:
"Xeyr, komandada qalmayacam. Yeni təkliflər var, düşünməliyəm. Onu deyə bilərəm ki, növbəti il məni "Panatinaikos"da görməyəcəksiniz".
Təcrübəli voleybolçu Azərbaycandan təkliflərin olmadığını deyib:
"Azərbaycandan təklif yoxdur. Hələ ki, qayıtmağı düşünmürəm. Hər şeyi zaman göstərəcək".
Cavid Əliyev