“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.
Offsideplus.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, 29 yaşlı blokçu çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.
Xatırladaq ki, Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub.