"Məqsədimizə çatdığımız üçün xoşbəxtik".
Bu sözləri Offsideplus.az-açıqlamasında Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova "Vaşaş"ın heyətində Macarıstan çempionu olması barədə danışarkən deyib.
O, çempionluq təəssüratları haqda bunları danışıb:
"Mövsümüm əvvəlində 3 kuboku almaq məqsədimiz var idi, buna da çatdıq. İnşallah, bundan sonra da uğurlarımız davam edər. Bunun üçün əlimizdən gələni edəcəyik".
29 yaşlı voleybolçu komandada qalıb-qalmaması barədə də fikir bildirib:
"Hazırda yeni müqavilə haqda danışıqlar gedir. İnşallah, yaxşı olar".
Abduləzimova Azərbaycana qayıdacağı barədə də fikirlərini bildirib:
"İstəyərdim ki, öz ölkəmdə oynayım. Yeni təklif gəlsə, bu haqda düşünərəm. Hamı ailəsinin yanında olmaq istəyər".
Cavid Əliyev