Almaniyanın Qərb Regional Liqasında 35-ci turun matçları oynanılır.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke-2” səfərdə "Lippştadt"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Rüfət bu görüşdə iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 41 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.