"Bugünkü gündə məktəbli uşaqlar üçün süni meydançanın olması daha yaxşıdır".

 Bu sözləri jurnalistlərə açıqlamasında veteran futbolçu və "Şamaxı" klubunun akademiyasının koordinatoru Vəli Qasımov deyib:

"Bizim vaxtımızda belə şərait yox idi. Mən asfaltda futbol oynayaraq böyümüşəm. Hamı oyunçuların tez-tez zədələnməsinin səbəbini süni meydançalarda görür, amma mən bununla razılaşmıram. Fikrimcə, balaca uşaqları öz yaşlarına uyğun məşq elətdirmədiyimiz zaman zədə ilə rastlaşırıq".

Daşqın Əziz, Şamaxı