Azərbaycan yığmasının üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Bursa təmsilçisi 33-cü turda evdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Start heyətdə meydana çıxan Namik Ələskərov 69-cu dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Bursaspor" 32 xalla 18-ci, "Gənclərbirliyi" 39 xalla 12-ci pillədə qərarlaşıb.