"Bu oyun haqda fikir bildirmək çox çətindir".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Kamal Bayramov səfərdə "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, çox pis oyun keçirdiklərini bildirib:
"İstəməzdik belə bir şey baş versin. Mövsüm ərzində ən bərbad oyunumuzu keçirdik. Dünənin ab-havasından çıxmamışıq. Sizi inandırım ki, bu məğlubiyyətə görə səhərə kimi gözümə yuxu getməyib. Futbol üçün xoş sözlər deyə bilməyəcəyimiz nə varsa, o da oldu".
36 yaşlı qapıçı Sənan Qurbanovun istefa verməsi haqda da danışıb:
"Bu oyunumuza görə baş məşqçi istefa verməli oldu. Sənan müəllim paltardəyişmə otağında bizimlə halallaşdı və ayrıldığını açıqladı. Ona da karyerasında uğurlar arzu edirəm".
Cavid Əliyev