Azərbaycan yığma komandasının üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 28-ci tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda "Balıkesirspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Namik Ələskərov bu oyunda meydana start heyətdə daxil olub və 90-cı dəqiqədə Yusuf Turkla əvəzlənib.

Qeyd edək ki, "Bursaspor" hazırda turnir cədvəlində 28 xalla 18-ci, "Balıkesirspor" 11 xalla 19-cu pillədə qərarlaşıb. Siyahıya 59 xalla "Ankaragücü" başçılıq edir.