Elçin Əliyev Avropa ölkələrinin Triatlon federasiyaları prezidentlərinin konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki,İspaniyanın La Nusiya şəhərində Avropa ölkələrinin Triatlon federasiyaları prezidentlərinin konfransı keçirilib.
Tədbirdə Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev iştirak edib. İclasda Avropa Triatlon İttifaqının prezidenti Renato Bertrandi və onun komandası yaxın və uzunmüddətli planları, qarşıdan gələn yarışların təqvimi və iş strategiyası barədə hesabat yayılıb.
Milli Federasiyaların rəhbərləri triatlonun inkişafı, onun populyarlığının və kütləvi xarakterinin artırılması yollarını birlikdə müzakirə ediblər. Federasiyalar arasında sıx əməkdaşlığın, birgə tədbirlərin və yarışların keçirilməsinin zəruriliyi qeyd edilib.
İclasda virtual idman məsələlərinə də xüsusi diqqət yetirilib. Məhz, müxtəlif ölkələrin idmançılarının belə turnirlərdə uzaqdan iştirak etmək imkanı.
Sonra mövsümün təqvimi açıqlandı. Burada triatlonun da təqdim olunacağı yay idman növləri üzrə birgə Avropa çempionatı xüsusi yer tutmuşdur. Yarış 12-14 avqustda Münhendə təşkil olunacaq. 17-24 sentyabr tarixlərində Bilbaoda keçiriləcək triatlonun bütün növləri üzrə qitə çempionatını da qeyd etmək lazımdır.
Elçin Əliyev bir sıra federasiyaların rəhbərləri ilə danışıqlar aparıb. O cümlədən, Türkiyə Triatlon Federasiyasının prezidenti Bülənt Çendiklə görüşüb. Onlar sıx əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.