Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 8-ci turun təxirə salınan oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, təşkil olunan 2 matçla 3-cü dövrə başa çatıb.
 
Turun ilk qarşılaşmasında “Azərreyl” “Abşeron”la üz-üzə gəlib. Qarşılaşma Eldar Yusubovun komandasının üstünlüyü ilə başlayıb. “Abşeron” ilk hissəni 25:16 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komanda 3 xalı 3 setlə qazanıb - 3:0 (25:16, 25:21, 25:16).