Millimizin üzvü Namik Ələskərov çıxış etdiyi "Bursaspor"da meydanda çox oyun keçirməsi ilə fərqlənib.

Offsideplus.az xəbər verir ki, futbolçumuz Türkiyə 1-ci Liqa təmsilçisinin heyətində ən çox meydanda olan futbolçudur. O, indiyədək "timsahlar"ın heyətində ümumilikdə 1 722 dəqiqə oynayıb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2+1 illik müqavilə imzalayıb.