Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Seneqaldakı stadionun açılışında olub.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, dövlət başçısı ilə yanaşı, FİFA prezidenti Canni İnfantino və bir sıra Afrika ölkələrinin yüksək şəxsi rəhbərləri iştirak ediblər.
Həmçinin, Afrika futbolunun məşhur veteran futbolçuarı da bu mərasimdə iştirak ediblər.
Qeyd edək ki, Türkiyə şirkəti tərəfinfən inşa olunan 50 min azarkeş tutumuna malik olan stadion paytaxt Dakardan 30 km məsafədəki Diamniadio ərazisində tikilib.