Millimizin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, sözügedən kollektiv 25-ci turda "Ankaragücü" ilə qarşılaşıb. Hesabı 33-cü dəqiqədə "Bursaspor"un futbolçusu Erdem Uğurlu açsa da, "Ankaragücü" daha sonra ardıcıl 2 qol vuraraq qələbə qazanıb.

Namik Ələskərov bu oyunda meydana start heyətdə daxil olub. O, 61-ci dəqiqədə əvəzlənib.

Bildirək ki, "Bursaspor" hazırda turnir cədvəlində 24 xalla 16-cı, "Ankaragücü" isə 52 xalla liderdir.