Azərbaycan təmsilçilərinin Avropadakı oyunlarında daim tribunalarda olan "Milli Dəstə" "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Fransadakı matçına getməyəcək.

Offsideplus.az futbolpress.az saytına istinadən xəbər verir ki, azarkeş qrupunun 5 il öncə Ağdam klubu ilə bağlı verdiyi boykot qərarı qüvvədədi. Qarşılaşmanın əhəmiyyəti, ölkə futbolu tarixində ilk dəfə bir klubun avokubokda pley-off oynaması da onların fikrini dəyişməyib.

"Milli Dəstə" təşkilati işlərdə yardımçı olmadığı üçün 2017-ci ildən "Qarabağ"ın Avropadakı oyunlarına getməmək qərarı alıb.