Mediada yer alan xəbərə görə, U-21 millimizin və "Səbail"in futbolçusu Tural Bayramlı yenidən karyerasını Yunanıstanda davam etdirə bilər.

Belə ki, adıçəkilən ölkənin yüksək liqasında çıxış edən "İonikos" klubu 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.

Məsələni aydınlaşdırmaq üçün səbabkarın özü ilə əlaqə saxladıq.

Gənc futbolçu Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bəli, təklif olub. Bəzi məsələlərə görə, gözləyirik. İnşallah, bir problem olmasa, yaxşı olacaq. "İonikos" rəsmiləri həm menecerim, həm də mənlə bu barədə danışıblar".

Qeyd edək ki, Tural Bayramlı bəzi sənəd problemlərinə görə "Səbail"də debüt edə bilmir.

Cavid Əliyev