Məlum olduğu kimi, millimizin hücumçusu Mahir Emreli Polşa "Legiya"sı ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdı.
24 yaşlı forvard uzun müddətdir adı hallandığı Xorvatiyanın köklü və titullu klubu olan Zaqreb "Dinamo"suna keçdi.
Bu məsələ barədə Azərbaycan millisinin sabiq üzvü və ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Qarabağ" kimi klubların formasını geyinmiş Serbiya əsilli oyunçu Branimir Subaşiçin fikirlərini öyrəndik.
39 yaşlı sabiq hücumçu Offsideplus.az-a açıqlamasında bunları dedi:
"Mahir Emrelinin "Dinamo"ya keçidi çox yaxşı oldu. Hal-hazırda hər şey Mahirdən asılıdır. Özünü bu komandada göstərməlidir. Həmçinin, "Dinamo" avrokuboklarda da mübarizə aparır və bu da Mahir üçün əlavə üstünlükdür. Özünə Avropa arenasında yaxşı göstərib, daha yüksək səviyyəli klublara transfer oluna bilər. Fikrimcə, Emrelinin "Legiya"dan ayrılması düzgün addım oldu".
Cavid Əliyev