Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor"un baş məşqçisi Tamer Tuna oyunçumuz haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı çalışdırıcı Namik Ələskərov da daxil olmaqla düşərgədəki 3 əcnəbi oyunçunun komanda üçün əlindən gələni etdiyini bildirib:

"Onsuz da Namik Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır".

Xatırladaq ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov 1-ci liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.