Belçika millisinin və "Barselona"nın sabiq futbolçusu Tomas Vermalen karyerasını bitirib.

 Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bundan sonra ölkəsinin yığmasında çalışacaq.

Qeyd edək ki, Vermalen karyerası ərzində "Ayaks", "Arsenal", "Barselona" və "Roma"da çıxış edib. Onun son klubu Yaponiya təmsilçisi "Vissel Kobe" olub. O, Belçika millisinin heyətində də 85 oyun keçirib və 2 qol vurub.