"Fənərbağça"nın sabiq futbolçusu Volkan Şənin yeni klubu bəlli olub.

 Offsideplus.az xəbər verir ki, 34 yaşlı oyunçu 2-ci liqada çıxış edən "Tuzlaspor"la anlaşıb. Artıq oyunçu komandayla birlikdə məşqlərə də çıxır. 

Adıçəkilən futbolçu keçən ilin yayyından klubsuz idi.

Qeyd edək ki, Volkan Şən karyerası ərzində "Bursaspor", "Trabzonspor", "Fənərbağça", "Konyaspor" və "Adana Dəmirspor" formaları geyinib