Antalyada təlim-məşq toplanışı çərçivəsində "Neftçi" ikinci yoxlamana oyununa çıxacaq.

 Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Polşa təmsilçisi "Visla" ilə qarşılaşacaq.

Matç sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Yoxlama oyunu.
“Neftçi” – “Visla" (Polşa)
19 yanvar
16:00
“Emirhan Sports Complex Side”ın stadionu
 
Qeyd edək ki, paytaxt klubu ilk yoxlama oyununu Macarıstanın "Kişvarda" kollektivinə qarşı keçirmişdi.