Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Adanaspor"un qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Namik Ələskərov da bu matçın iştirakçısı olub. Görüşə ehtiyatda başlayan 26 yaşlı vinger 60-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 19 turdan sonra 19 xal toplayan "Bursaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.