Yığmamızın üzvü Namiq Ələsgərovun da çıxış etdiyi "Bursaspor" Türkiyə Kubokunun 1/16 final mərhələsində əfərdə Super Liqa təmsilçisi "Qazianteplə" üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) "Qaziantep" 1/8 finala vəsiqə qazanıb. "Bursaspor" isə kubokda mübarizəni dayandırıb.

Namiq Ələsgərov də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 62-ci dəqiqədə əvəzlənib.