Cənubi Kiprin "Anortosis” klubunda çıxış edən Araz Abdullayev dünən AEK-lə oyunda komandasının qəhrəmanına çevirilib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi komandasının 3:1 hesablı qələbə qazandığı matçın ən yaxşılarından biri olub. Üç qoldan ikisinin ötürməsini verən Arazın oyunu Yunanıstan mətbuatının da diqqətini çəkib. Həmkarlarımız onun oyununu xüsusilə vurğulayıb.
Themasports.com saytının əməkdaşı, ölkənin tanınmaş yazarlarından olan Panos Larkos Arazı "sehrbaz" adlandırıb. O, yazısında qeyd edib ki, "Sehrbaz Araz" və Sisse AEK-i məhv edib.
"Araz Abdullayev əla təsir bağışladı. "Anortosis”dəki ən yaxşı oyununu sərgilədi. O, iki qol ötürməsi ilə komandasının qarşıya qoyduğu hədəfə çatmasına kömək etdi" deyə jurnalist yazıb.
fanat.az