Futbol üzrə Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” səfərdə “Menemenspor”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. 26 yaşlı Ələsgərov oyunçu start heyətində yer alıb və sonadək oynayıb.

Qeyd edək ki, hazırda "Bursaspor" 19 xalla 19 komanda arasında 17-ci pillədə qərarlaşıb.