Xorvatiyanın "Nehaj Senj" klubunda çıxış edən Marin Caçiç vəfat edib.

 Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçunun məşq zamanı halı pisləşib və o, 3 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

Mərhum futbolçu bu mövsüm komandasının heyətində 2 maçta meydanda olmuşdu.