Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "timsahlar"ı bundan sonra 45 yaşlı mütəxəssis Tamer Tuna çalışdıracaq. Onunla  2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tamer Tuna bu postda bir müddət əvvəl yolları ayrılan Özcan Bizatini əvəz edib.