Azərbaycan yığmasının futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bunu klubun idman direktoru Deniz Kolgu bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

O, komandanı Yücel İldizin çalışdıracağını bildirib. Klub rəsmisi məşqçi ilə ilkin razılıq əldə etdiklərini və komandanı 1-ci liqanın 18-ci turunda "Menemenspor"la matça Yücel İldizin çıxaracağını söyləyib.