Türkiyə 1-ci liqasında 18-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” səfərdə “Bandırmaspor”la qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. 26 yaşlı oyunçu start heyətində yer alıb və 46-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Bursaspor" 18 xalla 17-ci pillədə qərarlaşıb.