Qadınlardan ibarət "ALG Spor" ( Qaziantep ) futbol komandasında  çıxış edən Aycan Yanaç "Survivor"a qatılacaq.

 Offsideplus.az xəbər verir ki, 23 yaşlı alman əsilli türkiyəli  xanım oyunçu "Survivor All-Star- 2022"-nin heyətində olacaq.

Bu, xanım  futbolçunun "Survivor"da 2-ci çıxışı olacaq

Qeyd edək ki, Aycan daha əvvəl Almaniyada " Nürnberq" və "Qreuter Fürt" formaları geyinib.