Kipr çempionatında 13-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Komanda “Paeek”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Azərbaycanlı yarımmüdafiəçi də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Etnikos”  8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.