Futbol üzrə İsveçrə çempionatında 16-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” doğma meydanda “Lozanna” ilə üz-üzə gəlib. “Görüş 1:1 hesabı ilə başa çatıb. "Bazel"in qolunu 90+5-ci dəqiqədə Paytim Kasami vurub.

Qeyd edək ki, “Qarabağ” “Bazel”lə Bakıda keçirilən ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 9-da İsveçrədə olacaq.