Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov "Şalke"nin əsas komandasında debüt edib.

Offsideplus.az xəbər verir ki, o, 2-ci Bundesliqanın 16-cı turunda "Sankt-Pauli" ilə hazırda keçirilən oyunda start heyətdə meydana buraxılıb.

Qeyd edək ki, əsas heyətin bir neçə aparıcı oyunçusu zədələndiyindən baş məşqçi əvəzedici komandadan Rüfət Dadaşova da bu matçda iştirak üçün dəvət göndərib.