Azərbaycan milli komandasının üzvü Araz Abdullayev Kipr çempionatında çıxış edən “Anortosis”də uğurlu oyunları ilə yadda qalır. “Qəbələ”də heyətə düşə bilmədiyi üçün başqa variantlara baxan və yekunda “Anortosis”ə üz tutan gənc futbolçumuz əsas onbirlikdə möhkəmlənə bilib.
Offsideplus.az futbol11.az-a istinadən xəbər verir ki olan məlumata görə, Kipr klubu Arazın xidmətində bundan sonra da maraqlıdır. Hazırda Araz mövsümün sonuna qədər bağlanılan icarə müqaviləsi əsasında Azərbaycanı təmsil edir. Klub ona yeni müqavilə təklif edib və birdəfəlik transfer etmək niyyətindədir.
Qeyd edək ki, Arazın çıxış etdiyi Famaqusta təmsilçisi son olaraq doğma meydanda AEK-lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Araz matça start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Məlumat üçün xatırladaq ki, 19 oyundan sonra aktivində 40 xal olan “Anortosis” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.